NEW:

  

1384-1404; Əmir Teymurun Şəki ölkəsinə hücumları

    Bu monoqrafiyanı kitabça şəklində nəşr etdirməyi planlaşdırırdım. Onun üzərində  2007-ci ilin əvvəllərinə qədər işləmişəm.  Cəmi bir neçə ay vaxt lazım idi ki  texniki işləri də başa çatdırım və onu nəşrə tam hazır  vəziyyətə gətirib çıxarım. Lakin iş elə gətirdi ki bu günə qədər heç gürə vaxt tapa bilmədim... Bu müddət ərzində yalnız ondan bir neçə çıxarış edib bu veb saytda yerləşdirmışəm, bir çıxarış isə  "Elm" qəzetində dərc olunub. Ay dındır ki, çıxarışlar mütləq redaktəyə məruz qalıblar və nəzərə alın ki, bir çox hallarda onların mətni bu monaqrafiyadakından xeyli yeni və daha mükəmməl ola bilər. Hesab edirəm ki,  İnşallah, 2009-cu ilin əvvəllərində,  yenidən  bu əsərin redaktəsinə qayıdacağam. Redaktə deyəndə, heç bir məzmun dəyişikliyi olmayacaq, necə ki lap əvvəldə qeyd elədim, sohbət yalnız sırf texniki işlərdən gedir.     Ardı :  >>>

 

 

Almaniyada və İsveçrədə yaşayan həmvətənlərimizdən xahiş edirik:

      Vaxtilə Avropa səyahətinə çıxmış Bəharəddin adlı bir iş adamının şəhadədətinə görə, o, Almaniyada Z. Tağıyevin tikdirdiyi məscidlə qarıılaşmışdır; Bəharəddin qardaşımız öyrənir ki, o vaxtlar Almaniyada məscid inşa edlməsinə icazə verilmədiyi üçün Z. Tağıyev məscid formasında tütün fabriki tikdirmışdı. İstəmışdı ki, orada yaşayan müsəlmanlar heç olmasa gələcəkdə həmin binadan məscid kimi istifadə edə bilsin.

     Bəharəddin qardaşımız İsveçrədə - Bern şəhəri ətrafındakı qəsəbədə ( bu qəsəbənin adını "Crshi" kimi yadında saxlamışdır) isə bir şəxsi qallareyada, 19-cu əsrdə Şəki şəhərində çəkilmiş və Şəkinin mənzərələrini əks etdirən rəsm əsərləri ilə tanış olmuşdur. O, öyrənir ki rəssam hansısa alman qrafı imiş və 19-cu əsrdə bir ay Şəkidə yaşamışdır.

      Biz əvvəlcə, Almaniyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin "Yaho qrupu" vasitəsilə  bu məsələləri dəqiqləşdirməyə cəhd etdik. Nurlana xanım bizə yazdı ki, həqiqətən, Drezdendə məscid üslubunda bir tütün fabriki var.

  Hörmətl həmvətənlər. Bu barədə sizin də nəsə bir məlumatınız varsa bizə bildirin:      shekitarixi@gmail.com  

 

 

 Dekabrın 9-u Bakı vaxtı ilə 20.00 və 23.00 da  "Azadlıq" radiosunun"İz" Mədəniyyət proqramında aparıcısı Sevda xanım, mən - Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin http://www.almanach.be/ saytının redaksiya heyətinin  üzvü Pərvin Mirzazadə  "mühacirətdə olan qəbirlər" mövzusunda maraqlı diskusiya   etndik:

Birbaşa "Azadlıq" radiosundan qulaq asın:  Bunu bas

Yaxud yükləyin və qulaq asın:

   

 

Ədalət Tahirzadənin "Şəkinin tarixi qaynaqlarda" kitabı

 

Ədalət Tahirzadənin 2005-ci ildə «Master» nəşriyyatında çapdan çıxmış «Şəkinin tarixi qaynaqlarda» adlı kitabı, Şəki tarixinə dair ən sanballı nəşr oldu. Kitabda 19-cu əsr və 20-ci əsrin əvvəllərində ərəb əlifbası ilə qələmə alınmış, yaxud çap olunmuş Şəkinin tarixinə dair əsərlərin müasir əlifbaya transliterasiyası, bunların müəllifləri haqqında geniş məlumatlar və s.lər verilmişdir. Tədqiqatçının – filologiya elmləri namizədi Ədalət Tahirzadənin zəhməti nəticəsində Şəki tarixi ilə maraqlanan sonrakı tədqiqatçıların işi xeyli yüngülləşir:  Təsəvvür edin, həmin əsərlərdən əlyazma şəklində olanları oxumaq üçün şəxsən mən, Əlyazmalar İnstitutunun oxucu zalında günlərlə otururdum, bəzən, adi «cızma-qaradan» ibarət olan bir sətri düzgün oxumaq üçün neçə saat vaxt sərf edirdim, elə də olurdu ki bir nəticə hasil edə bilmirdim, indi isə əlimin altında onların peşəkar tərəfindən edilmiş transliterasiyaları var!
       
                                                                         Ardı: >>>

 

 

  Bilirsinizmi?

1918-ci ildə, 1 ilin içində Şəki şəhəri əhalisinin yarısından çoxu - təxminən, 33 min nəfəri, aclıq, səfalət və xəstəlikdən tələf olmuşdur!

  Bu məsələ indiyə qədər araşdırılmayıb. Bəziləri deyirlər ki, adamlar acından ölmüşdür; belə ki Səki İpək sənayesi tənəzzülə uğramışdı və ölənlər isə bu sahədə işləyən 8 min fəhlə və onların 25 minlik külfəti imiş. Bəziləri deyirlər ki 33 min nəfər yatalaq xəstəliyi nəticəsində dünyasını dəyişmişdir. Amma bizdə belə bir məlumat da var ki, o il bütün dünyada 100 milyon adam "İspan qripi" nin qurbanı olmuşdur və mümkündür ki Şəkidə də məhz, həmin epidemiya tüğyan edibmiş.

  Hər-halda razılaşın ki biz bu dəhşətli hadisəni öyrənməyə və  həlak olmüş şəkililərin xətirəsinə heç olmasa bir abidə qoymağa mənən borcluyuq!  

 

NEW (Zerrspiegel):  19-cu əsr, Şəkiyə dair bir neçə sənəd

"Şəkinin səsi" qəzeti veb saytının RSS xəbərləri